logo

Yasamal, Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 22-10-2013 10:50

    Bakı şəhəri Binəqədi rayonu ərazisindən keçən magistral su xəttində yenidənqurma işləri aparılır. Bununla əlaqədar olaraq 22 oktyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Yasamal, Binəqədi  və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.