logo

Tenderin qalibi müəyyən olunmuşdur


Yaradılıb: 03-10-2013 09:30

   Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Hacıqabul rayonu ərazisində yerləşən Kür Su Təmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xəttinin tikintisi üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş tender başa çatmışdır.

 

  Qalib elan edilmiş “Azərsutəchizattikinti” ASC və “T.T.Ş. İnşaat” MMC konsorsiumu (Azərbaycan) ilə satınalma müqaviləsi bağlanmışdır.