logo

"Azərsu" ASC işçi qəbulu elan edir


Yaradılıb: 27-09-2013 13:40

     “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə paralel olaraq idarə, müəssisə və təşkilatların peşəkar kadrlarla təminatına xüsusi diqqət yetirir. Son illər yeni layihələrin icrası ilə əlaqədar su təchizatı və kanalizasiya sektoru üzrə mütəxəssislərə ehtiyacın yaranması  nəzərə alınaraq bir sıra peşə və ixtisaslar üzrə işçi qəbulu elan edilmişdir. Səhmdar Cəmiyyətin idarə və müəssisələrində işləmək üçün su təchizatı və kanalizasiya mütəxəssisi, çirkab sutəmizləmə mütəxəssisi, hidrotexniki qurğular üzrə mühəndis, hidrotexniki tikinti üzrə mütəxəssis, hidroloq, kimyaçı-texnoloq, mexanik, energetik, laborant, xlorator və İT mütəxəssisi  peşələri üzrə mütəxəssislər işə qəbul edilir.

 

  “Azərsu” ASC-də işçilərin qəbulu qaydalara uyğun olaraq kadrların seçimi müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqənin şərtlərinə görə namizədlər göstərilən peşə və ixtisaslar üzrə ali təhsilə və müəyyən iş təcrübəsinə malik olmalıdır. Müsabiqə zamanı kompyuter proqramlarından, müasir texnologiyalardan istifadə, xarici dil, kollektivlə işləmək bacarığı, təşəbbüskarlıq, inkişafa meyllilik, dəqiqlik kimi bacarıqları və şəxsi keyfiyyətləri  olan namizədlərə üstünlük verilir.

  Maraqlananlar şəxsi məlumatlarını (CV) orxan.nadirov@azersu.az elektron poçtuna  göndərə və “Azərsu” ASC-nin Aparatına (Ünvan: Bakı şəh., Moskva prospekti 67) təqdim edə bilərlər. Əlaqə tel: 431 47 67 (daxili 5503).