logo

Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcəkdir


Yaradılıb: 03-07-2013 11:52

  Bakı şəhəri Tbilisi prospektində yol infrastrukturunun yenilənməsi işləri ilə əlaqədar olaraq ərazidən keçən və uzun müddətdir istismarda olaraq yararsız  vəziyyətə düşmüş  500 mm diametrli magistral su xətti yenisi ilə əvəzlənir. Bununla əlaqədar 03 iyul 2013-cü il tarixində gün ərzində paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.