logo

Paytaxtın Nərimanov rayonunun bir hissəsinə içməli su fasilələrlə veriləcək


Yaradılıb: 02-07-2013 10:59

 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yeni çəkilmiş 280 mm diametrili su xəttinin Akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır. Bununla əlaqədar 02 iyul 2013-cü tarixdə gün ərzində Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcəkdir.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.