logo

Masazır və Binəqədi qəsəbələrinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 24-06-2013 16:10

     Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən qidalanan 1200 mm diametrli magistral su xəttində aparılacaq təmir işləri ilə əlaqədar iyun ayının 25-də saat 00:00-dan etibarən 26 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcəkdir.

    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.