logo

Yasamal, Səbail və Suraxanı rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcəkdir


Yaradılıb: 06-06-2013 09:24

   Bakı şəhəri Yasamal rayonu ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işləri  ilə əlaqədar 06 iyun 2013-cü il tarixində gün ərzində paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

  Paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “+70 Dədə Qorqud” su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 iyun 2013-cü il tarixində Hövsan qəsəbəsinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcəkdir.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.