logo

İçməli suyun verilməsində fasilə olacaq


Yaradılıb: 03-06-2013 15:27

  Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür su kəmərləri sisteminin Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi yaxınlığından keçən  hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir.  Bununla əlaqədar  04 iyun 2013-cü il tarixdə saat 00:00-dan başlayaraq Hacıqabul  rayonunun və Bakı şəhəri Qaradağ rayonunun bəzi yerlərinə içməli suyun verilməsi 30 saat müddətinə  dayandırlacaqdır.

  Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.