logo

Paytaxtın Nəsimi və Yasamal rayonların bir hissəsinə içməli su fasilələrlə veriləcək


Yaradılıb: 13-05-2013 09:31

  Bakı şəhəri Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilmişdir. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 13 may 2013-cü il tarixdə gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.