logo

"Azərsu" ASC-nin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir


Yaradılıb: 10-05-2013 16:48

      

  Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi mayın 10-da Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etmiş, ümummilli liderin məzarı önünə gül dəstələri qoymuşlar.

  Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar cari ilin aprel-may  aylarında “Azərsu” ASC-də silsilə tədbirlər həyata keçirilmişdir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar konfrans, KİV nümayəndələri arasında “Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda müsabiqə keçirilmiş, mətbuat nümayəndələrinin Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunmuşdur.

   Tədbirlər planı çərçivəsində mini-futbol turniri, iməcilik və yaşıllaşdırma tədbirləri keçirilmişdir.  “Azərsu” ASC-nin  idarə və  təşkilatlarının kollektivləri bu tədbirlərdə fəal iştirak etmişlər.