logo

“Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda keçirilmiş müsabiqə yekunlaşmışdır


Yaradılıb: 07-05-2013 16:32

     

    Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilmiş müsabiqəyə yekun vurulmuşdur. Mayın 7-də “Azərsu” ASC-də müsabiqənin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir.

      Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Səhmdar Cəmiyyətin Tədbirlər Planı çərçivəsində təşkil olunmuş müsabiqədə mətbuat nümayəndələrinin yüksək fəallıq nümayiş etdirdiyini bildirmişdir.

   “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov  görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda mətbuatın inkişafı, söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışmış, mətbuatın problemlərinin həlli ilə bağlı gördüyü işlərdən söz açmışdır: “Mətbuatda senzuranın ləğvi, qəzetlərin  əlavə dəyər və mənfəət vergisindən azad edilməsi, onlara güzəştli kreditlərin ayrılması ümummilli liderin adı ilə bağlıdır. Daim jurnalistlərlə ünsiyyətdə olan, mətbuatla işləmək mədəniyyəti nümunəsi göstərən böyük dövlət xadiminin mətbuata belə münasibəti jurnalistlər tərəfindən yüksək dəyərləndirilmiş və ümummilli lider “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Dahi şəxsiyyətin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına yüksək səviyyədə diqqət və qayğı göstərilir”.

   Münsiflər heyəti adından çıxış edən Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə müsabiqəyə təqdim olunmuş məqalələrin hazırlanmasına jurnalistlər tərəfindən peşəkar yanaşıldığını bildirmişdir. V.Rəhimzadə müsabiqənin keçirilməsinə göstərilən dəstəyə və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığa görə “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

   

     Daha sonra münsiflər heyətinin qərarı əsasında müsabiqənin nəticələri açıqlanmış, qaliblər pul mükafatı və “Azərsu” ASC-nin diplomları ilə təltif olunmuşlar.

  Müsabiqənin qalibləri :  

I yer  Mirbağır Quliyev  (“Xalq qəzeti”)  -  1000 manat

I I yer  Zülfiyyə Quluyeva    (“Mövqe” qəzeti) – 800 manat

I I I yer  Nadir İsmayılov  (“Yeni Azərbaycan” qəzeti),  Orxan İsrafilov ( “İki sahil” qəzeti) – 600 manat

300 manat məbləğində həvəsləndirici mükafatlar:

Nurəngiz Bağırova             “Respublika” qəzeti

Təbriz Rəhimov                 “Həftə içi” qəzeti

Şahyəddin Əliyev               “Üç nöqtə”  qəzeti

Nigar Abdullayeva              “Palitra” qəzeti

Alim Hüseynli                    “Olaylar” qəzeti

Namiq Hüseynov               “New Baku post” qəzeti

Elçin Bayramlı                   “Gündəlik Teleqraf” qəzeti

Dayandur Tağıyev             “Kaspi” qəzeti

Səidə Hüseynova              “Media və təhsil innovasiyaları”  jurnalı

Ceyhun Rüstəmov             “Azərtac” Azərbaycan Dövlət Teleqraf Agentliyi