logo

Balakən rayonunun Sarıbulaq kəndinə içməli suyun verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir


Yaradılıb: 06-05-2013 11:05

      

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən ucqar kənd və qəsəbələrdə  su təchizatının  yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Tədbirlər Planı çərçivəsində içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni layihələr icra olunur. 

 

    Mayın 4-də Balakən rayonunun Sarıbulaq kəndinə içməli suyun verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirmiş və əlavə etmişdir ki, su təchizatının yaxşılaşdırılması istiqamətində  görülən işlər kəndin sosial-iqtisadi inkişafına töhfə verəcəkdir: “Sarıbulaq kəndinin sakinləri uzun  illərdir içməli sudan əziyyət çəkirdi. “Azərsu” ASC-nin həyata keçirdiyi layihə üzrə işlər qısa müddətdə başa çatmış kənd əhalisinin içməli su problemi həllini tapmışdır”.

    “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün daha bir kəndə içməli suyun verilməsi təmin edilir. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcək. Bu tədbirlərin davamı olaraq yaxın gələcəkdə respublikanın digər rayonlarının içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcəkdir”.

   Açılış mərasimində çıxış edən kənd sakinləri içməli suyun verilməsini böyük sevinclə qarşılamış, içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirmiş dir.   

   Balakən rayonunun Sarıbulaq kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 2400-dən çox sakinin su təchizatının yaxşılaşdırılmasına  hesablanmışdır. Layihəyə uyğun olaraq  kəndi içməli su ilə təmin etmək üçün nəzərdə tutulmuş 2 ədəd artezian quyusunun 1-i artıq istismara verilmiş, digəri isə yaxın vaxtlarda işə salınacaqdır. Artezian quyulardan kəndə 110 mm diametrli polietilen borularla 700 metr uzunluğunda magistral su xətti çəkilmişdir.

   Qeyd edək ki, indiyə qədər Balakən  rayonunun Sarıbulaq  kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada, bir neçə kilometr uzaqlıqda yerləşən bulaqlardan gətirirdi.