logo

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə iməciliklər keçirilmişdir


Yaradılıb: 04-05-2013 12:33

   

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Azərsu” ASC-nin həyata keçirilən silsilə tədbirlər davam edir. Yubiley tədbirləri çərçivəsində mayın 4-də “Azərsu” ASC-nin idarə və müəssisələrində iməciliklər keçirilmiş, yaşıllaşdırma işləri aparılmışdır.

  Hövsan Aerasiya Stansiyası ərazisində və digər obyektlərdə təşkil  olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilmiş, yaşıllıqlar salınmışdır. Bu tədbirdə ilk dəfə olaraq “Azərsu” ASC-nin təsərrüfatlarında yetişdirilmiş tinglərdən istifadə olunmuşdur. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin bütün idarə və müəssisələrinin kollektivləri fəal iştirak etmişdir. 

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Yaşıllaşdırma tədbirləri çərçivəsində cari ilin mart ayından indiyədək Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə müxtəlif növdə 5 mindən  çox ağac əkilmişdir.