logo

İçməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 02-05-2013 09:14

   Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən nasos stansiyasının giriş xətlərində aparılan təmir işləri ilə əlaqədar Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən stansiyaya içməli suyun verilməsi müvəqqəti dayandırılmışdır. Bununla əlaqədar 02-03 may 2013-cü il tarixlərində Bakı şəhəri Binəqədi, Nərimanov, Sabunçu, Xətai, Nizami rayonlarının və Abşeron rayonunun bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcəkdir.

     Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.