logo

"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 1155151-ə çatmışdır


Yaradılıb: 23-04-2013 08:09
2013-cü ilin yanvar-mart aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 19 min abunəçi və ya 1,7 faiz artmışdır. 01 aprel 2013-cü il tarixinə olan məlumata görə, ölkə üzrə 1155151 abunəçi su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata  alınmışdır.  İstehlakçıların 1118773-ü və ya 97  faizi  əhali, 36378-i və ya 3 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.
 2013-cü ilin birinci rübündə əhali qrupu abunəçilərinin sayı 1,3 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 10,2 faiz artmışdır. Hesabat dövründə abunəçi sayında artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş vermişdir.
01 aprel 2013-cü il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 48 faiz təşkil etmişdir.