logo

Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 26-03-2013 10:33
   Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni metro stansiyasiyasının tikintisi ilə əlaqədar A.Salamzadə və C.Məmmədquluzadə küçələrində kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilib və hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.