logo

Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilmişdir


Yaradılıb: 19-03-2013 14:07
  
 
Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı  rayonunda  müvəqqəti  məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilmişdir.
Un, yağ, şəkər tozu, qənd, düyü və digər ərzaq məhsullarından ibarət yardım Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilmişdir.
“Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin etmişlər. 
Novruz bayramı ərəfəsində “Birləşmiş Sukanal” MMC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Xocavənd, Ağcabədi, Füzuli, Qusar, Xocalı, Laçın, Cəbrayıl, Ağdam, Siyəsən və Quba rayonlarından olan 141 aztəminatlı ailəyə ərzaq yardımı edilmişdir.