logo

Abşeron rayonunun və Bakının Suraxanı, Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 14-03-2013 11:55
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıqla əlaqədar  su təchizatı obyektlərində yenidənqurma, təmir və profilaktika işlərinə başlanılmışdır. Maştağa su anbarının nasosxanalarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar Ceyranbatan-Maştağa magistral su kəmərləri ilə içməli suyun nəqli müvəqqəti dayandırılacaqdır. Bununla əlaqədar martın 15-də saat 08:00-dan etibarən 24 saat müddətində Bakının Suraxanı, Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.