logo

Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək


Yaradılıb: 18-12-2012 10:51

  İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə  Bakı şəhəri  Ş. Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 18 dekabr 2012-ci il tarixdə gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş. Əzizbəyov, A. Qurbanov, M. İbrahimov  küçələrinə içməli su  fasilələrlə veriləcək.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.