logo

Bakının Yasamal rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 30-10-2012 09:45

 Bakı şəhəri Yasamal rayonunda yerləşən “+160 Qərb” su anbarından “Qızıl Şərq” adlanan hərbi şəhərcik istiqamətində yeni çəkilmiş 700 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar  oktyabrın 30-da gün ərzində Yasamal rayonu Ş. Mehdiyev, A. Abbasov, Şərifzadə, M. Seyidov, Z. Xəlilov küçələrinə və Hüseyn Cavid prospektinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra bu ərazilərdə içməli su təchizatı fasiləsiz olacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.