logo

Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 07-01-2012 10:45

 Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələrə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır. Paytaxtın şərq hissəsində yerləşən “+ 69 Şərq” su anbarında yeni xətlərin şəbəkəyə qoşulması, həmçinin Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya içməli su nəql edən kəmərdə aparılan təmir işləri ilə əlaqədar Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı  və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılmışdır. Bununla əlaqədar 7-8 yanvar 2012-ci il tarixlərində həmin ərazilərə içməli su fasilələrlə veriləcək.

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir.