logo

Bakının Səbail rayonuna içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 07-01-2012 10:36

   Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar buradan keçən 500 mm-lik magistral su kəməri başqa əraziyə köçürülür. Bununla əlaqədar yanvarın 7-də Səbail rayonunun bəzi hissələrinə (Z.Əliyeva, Ü.Hacıbəyov küçələri, Neftçilər prospekti, Bayıl qəsəbəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir.