logo

Gəncənin su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 28-07-2011 05:24

      “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması işlərini davam etdirir. “Təxirəsalınmaz tədbirlər proqramı” çərçivəsində Gəncənin Natəvan qəsəbəsi sakinlərinin içməli su problemi həll edilib. “Azərsu” ASC-nin sifarişi əsasında qısa müddətdə qəsəbədə subartezian quyusu qazılıb, 3390 metr uzunluğunda müxtəlif diametrli su xətti çəkilib, 11 ədəd nizamlayıcı su siyirtməsi quraşdırılıb. Eyni zamanda 80 ədəd baxış şaxtası ilə birlikdə 3070 metr uzunluğunda kanalizasiya xətti çəkilərək qəsəbə sakinlərinin istifadəsinə verilib. Görülən işlər nəticəsində Gəncə şəhərinin Natəvan qəsəbəsində 233 ailə  içməli su təchizatı və kanalizasiya xidməti ilə təmin edilib.
          Qeyd edək ki, Almaniyanın KFW bankı və İsveçrənin SECO təşkilatı tərəfindən maliyyələşdirilən “Açıq kommunal infrastruktur proqramı”na uyğun olaraq, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Layihənin birinci lotu üzrə keçirilmiş tenderin qalibi olmuş Türkiyənin Haselsan şirkəti bir ay müddətinə Göygöldə baş sugötürücü qurğunun,
24,5 km uzunluğunda magistral kəmərin və 4 min kub metr tutumu olan anbarın tikintisinə başlayacaq. Hazırda isə Qızılqayadan Gəncəyə yeni su xəttinin çəkilməsi, şəhər paylayıcı şəbəkənin yenidən qurulması, çirkab sutəmizləyici qurğunun inşası üzrə tender prosedurları həyata keçirilir.