logo

Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək


Created: 06-12-2023 16:41
2024-cü il 12-14 mart tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi dəstəyi ilə Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək.
Su təsərrüfatının Azərbaycanda bundan sonrakı inkişafı, mövcud çətinliklərin və onların həlli yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətlərin əlçatan olunması məqsədilə 2024-cü il 12-14 mart tarixlərində Baku Water Week – Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı baş tutacaqdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək mühüm su təsərrüfatı sərgisinə yerli və xarici şirkət və qurumları stendlə iştirak etməyə dəvət edirik!
Ətraflı məlumat üçün www.bakuwaterweek.az web-səhifəsinə keçid edə bilərsiniz.
Əlaqə:
E-poçt: bww@ceo.az