logo

İqlim dəyişmələrinin su sektoruna təsiri məsələləri müzakirə olunub


Yaradılıb: 30-04-2024 15:39

         

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda  növbəti tədbir Şirvan şəhərində keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iqlim dəyişikliklərinin su ehtiyatlarının azalmasına təsir etdiyini bildirib və əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunmasının vacibliyini vurğulayıb.

      

ADSEA “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bu il ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 29) keçirilməsinə diqqət çəkərək bu tədbirin yeni hədəflərin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Hacıqabul gölünün bərpası layihəsinin  əhəmiyyətini qeyd edib.  

     

ADSEA “Azərsu” ASC-nin Ekologiya şöbəsinin rəisi Elmir Məmmədli  “İqlim dəyişikliyi - Beynəlxalq təşkilatların prinsipi”, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin rəis müavini əvəzi Gülnarə Abbasova “İqlim dəyişmələri üzrə dövlət strategiyası”, Özbəkistan Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Nazirliyinin nümayəndəsi İqor Sabitov “Özbəkistan Respublikasında İqlim dəyişmələrinə uyğunlaşma üçün həyata keçirilən işlər” mövzusunda çıxışlar ediblər.

Tədbir iştirakçıları Salyan rayonunun Xıdırlı kəndində Xəzər dənizi suyunun duzsuzlaşdırılması Kompleksinə baxış keçiriblər. Qonaqlara kompleksdə texnoloji proseslər və duzsuzlaşdırılmış su ilə yetişdirilən bitkilər  barədə məlumat verilib.