logo

"Borcun araşdırılması üzrə müraciət" elektron xidməti istifadəyə verilib


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Borcun araşdırılması üzrə müraciət" adlı yeni elektron xidməti istifadəyə verib. Bu xidmət vasitəsilə istehlakçılar faktura borcunun araşdırılması üçün müraciət edə bilərlər. Elektron xidmətin göstərilməsi nəticəsində  istehlakçının borcu dəqiqləşdirilir.

     

Xidmətdən www.e-gov.az  portalında qeydiyyatdan keçmiş vətəndaşlar istifadə edə bilər. Bunun üçün portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra  "Borcun araşdırılması üzrə müraciət" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir.

  • Abonent kodu
  • Xətalı faktura nömrəsi
  • Müraciət səbəbi (Sayğac göstəricisinin səhv oxunması, Aşağı göstərici, Xidmət növünə etiraz)

Faktura nömrəsinə uyğun informasiya sistemində qeydiyyatda olan aşağıdakı məlumatlar ekranda göstərilir.

  • Sayğacın nömrəsi
  • Plombun nömrəsi
  • Sayğacın son göstəricisi
  • Sayğac şəklinin fayl formasında yüklənməsi (pdf,jpg,jpeg,png formatında)
  • Müraciət edənin telefon nömrəsi
  • Müraciət edənin elektron poçt ünvanı

  Sayğacın şəklində istehsal nömrəsi və göstəricisi aydın görsənməlidir. Ünvanda bir neçə sayğac olduğu halda hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir.

      Abonentin elektron müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə“Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə icraya göndərilir. Borcun yaranmasına səbəb olan xətalı məlumatlar araşdırılır, təqdim olunan sayğac göstəricisinin yerində yoxlanılmasına ehtiyac yarandıqda müvafiq iş əmri yaradılır. Araşdırmanın  nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu” ASC-nin İstehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyasına göndərilir. Müraciət əsaslı olduğu halda istehlakçının borcuna düzəliş edilir, əsassız olduqda isə düzəliş aparılmır və istehlakçıya bu barədə məlumat verilir.

    Elektron müraciətlərin icrası cari ayda yaranmış fakturalarda 15 iş günü, əvvəlki dövr fakturalarında borcların araşdırılması 1 ay müddətdə aparılır.