logo

"Azərsu” ASC bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Created: 30-12-2021 16:41

Azərsu” Açıq Səhmdar Cəmiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması  məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və  magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

 İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar  “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.