logo

 

         

  Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı əsasən müxtəlif relyeflerdə yerləşən su anbarları və bölüşdürücü şəbəkələr vasitəsi ilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə paylanır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı müəyyən ehtiyatın toplanmasına da imkan verir.

Tələblərə uyğun olaraq su anbarlar dövrü olaraq yuyulur və dezinfeksiya işləri aparılır və hər gün Mərkəzi Laboratoriya tərəfindən su anbarlarında suyun keyfiyyəti  nəzarətdə saxlanılır. Eyni zamanda sanitar-epidemioloji müəssisələrin mütəxəssisləri tərəfindən anbarlar mütəmadi yoxlanır.

Hazırda Bakı şəhərində 19 mərkəzi su anbarı istismar olunur: 

  1. “+91 Sulutəpə”  - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 33600 kubmetrdir.
  2. “+132 Şimal”  - anbar 4 bölmədən ibarət olmaqla ümumi həcmi 50000 kubmetrdir.
  3. “+152 Alatava”  - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 30000 kubmetrdir.
  4.  “+132 Qərb”  - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 26100 kubmetrdir.
  5. “+82 Qərb”  - anbar 5 bölmədən ibarət olmaqla ümumi həcmi 414000 kubmetrdir.
  6. “+41 Qərb”  - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 39800 kubmetrdir.
  7. “+41 Şərq”  - anbar 6 bölmədən ibarət olmaqla ümumi həcmi 93000 kubmetrdir.
  8. “+82 Şərq”  - anbar 16 bölmədən ibarət olmaqla ümumi həcmi 185000 kubmetrdir.
  9. “+23 Qala”  - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.
  10. “+16 Qala” - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.
  11. “+25 Maştağa”  - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 18000 kubmetrdir.
  12. “+98 Qaraçuxur”  - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.
  13. “+70 Dədə Qorqud”  - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.
  14.  “+32 Zirə”  - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.
  15. “Sənqəçal”  - anbar 4 bölmədən ibarət olmaqla ümumi həcmi 24000 kubmetrdir.
  16. “+118 Abşeron”  - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.
  17. “+82 Balaxanı”  - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.
  18. “+54 Ramana”  - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.
  19. “+105 Saray”  - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.
  20. "+82 Masazır" - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.

Bunlardan başqa Bakı şəhəri ərazisində ümumitutumu 120 min kubmetr olan məhəllədaxili su anbarı mövcuddur.