logo

Insan resursları


“Azərsu” ASC-də müasir çağırışların tələblərinə uyğun olaraq innovasiyaların və rəqəmsal inkişafın tətbiqi fonunda işə qəbul prosesi artıq mərkəzləşdirilmiş qaydada Elektron Hökümət Portalı ilə inteqrasiyalı şəkildə yalnız elektron formada həyata keçirilir.

Böyük Azərsu ailəsinə qoşulmaq üçün “Azərsu” ASC-nin rəsmi internet səhifəsində “Karyera” bölməsində “CV müraciət” və “Vakansiya” bölmələrindən birini seçərək şəxsiyyət vəsiqəsi üzrə Fərdi İdentifikasiya Nömrəsi (FİN) və şəxsin adına olan mobil telefon nömrəsi vasitəsi  ilə daxil olaraq həm vakansiyaları izələyə bilərsiniz, həm də elektron müraciət formasını dolduraraq Kadr Ehtiyat Bazasına CV yerləşdirə bilərsiniz.

Diqqətinizə çatdırırıq ki, “Azərsu” ASC-nin İnsan Resursları Siyasətinin prioritetlərindən olan obyektivliyin və şəffaflığın təmin olunması zəminində işə qəbul prosesi elektron müraciət, bilik yoxlaması(test), müsahibə və əmək münasibətlərinin rəsmiləşdirilməsi olmaqla 4 mərhələdə həyata keçirilir.