logo

Göyçay və Ağdaş rayonlarının sakinləri üçün qəbul keçirilib


Yaradılıb: 18-03-2023 11:32

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 mart 2023-cü il tarixində Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinləri qəbul edib.

   

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay və Ağdaş rayonlarından olan 32 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.