logo

Binəqədi və Nərimanov rayonlarının bir hisssinə içməli suyun verilməsində məhdudiyyət olacaq


Yaradılıb: 23-06-2022 16:19

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.