logo

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib


Yaradılıb: 17-06-2022 11:34

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iqlim dəyişikliyi və inkişaf hesabatına dair ilkin məsləhətləşmələr, Azərbaycanda yaşıl inkişafa keçid istiqamətləri  üzrə müzakirələr aparılıb.

“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və həyata keçirilimiş layihələr barədə məlumat verib. Qeyd olunub ki, Dünya Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərində infrastruktur yenidən qurulub. T.Cabbarov ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiyanın yaradıldığını və təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Dünya Bankınının nümayəndəsi Andrea Liverani sudan səmərəli istifadə, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, tullantı sularının təmizlənərək təkrar istifadəsi və s. sahələr üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşdə qeyd olunan məsələlər üzrə ehtiyacların müəyyən olunması, həmçinin  su sektoru üzrə məlumat mübadiləsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.