logo

Kür çayında bulanıqlığın artması ilə əlaqədar bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaradılıb: 26-05-2022 18:23

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində  Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı  xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.