logo

Fransanın MEDEF Təşkilatına üzv olan bir sıra şirkətlərin nümayəndələri ilə görüş keçirilib


Yaradılıb: 08-04-2022 17:27

     

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Fransa Sahibkarlar Təşkilatı – MEDEF İnternational Təşkilatına üzv olan bir sıra şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov qonaqları salamlayaraq  Azərbaycanda həyata keçirilən içməli  və tullantı su layihələri barədə məlumat verib, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Su təchizatı və kanalizasiya sektorunda Fransanın böyük təcrübəsinin olduğunu qeyd edən sədr müavini Fransa hökuməti və şirkətlərinin Azərbaycanda  içməli su və kanalizasiya layihələrində iştirak etdiyini xatırladıb.

Fransa şirkətlərinin nümayəndələri təmsil etdikləri təşkilatlar barədə məlumat verib,  “Azərsu” ASC ilə əməkdaşlığın perspektivlərindən danışıblar. Qeyd  olunub ki, iki ölkə arasında  bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak edən  Fransa şirkətləri Azərbaycanda içməli su və kanalizasiya sektorunda həyata keçiriləcək layihələrdə də maraqlıdır.

Ötən müddətdə MEDEF-ə daxil olan bir sıra şirkətlərin rəhbərləri ilə “Azərsu” ASC-də keçirilən görüşlər xatırlanıb,  həyata keçirilən layihələrdə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi nəzərə alınaraq bu sahədə fransız şirkətləri ilə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.