logo

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı ofisinin nümayəndələri ilə görüş keçirilib


Yaradılıb: 07-04-2022 11:21

       

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbərliyi ilə görüş keçirilib.

  “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, su təchizatı sektorunda da əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu bildirib. Ölkəmizdə içməli su təchizatı və tullantı su sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verən sədr müavini beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərdən danışıb və bu sahədə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinin yaxından iştirak etdiyini vurğulayıb. TİKA-nın bir sıra ölkələrin su sektorunda fəaliyyəti yüksək qiymətləndirilərək Azərbaycanda prioritet hesab edilən layihələr üzrə əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb.

  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin rəhbəri Fatih Yılmaz təmsil etdiyi təşkilatın dünyanın bir sıra ölkələrinin su sektorunda fəaliyyət göstərdiyini diqqətə çatdırıb, bu sahədə ölkəmizlə əməkdaşlığın böyük perspektivləri olduğunu bildirib.

  Görüşdə kənd və qəsəbələrin içməli təchizatı, tullantı sularının təmizlənməsi və kənarlaşdırılması, təlim və təcrübə mübadilələri proqramlarının əhəmiyyəti vurğulanıb və texniki təminat məsələləri ətrafında müzakirələr aparılıb.