logo

“Sukanal” ETLİ fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir


Yaradılıb: 04-04-2022 14:40

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli, 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən aparılacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan mütəxəssislər) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

 

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

İxtisasın şifri

İxtisasın adı

Fəlsəfə doktoru hazırlığı üzrə
doktoranturaya qəbul planı

cəmi

qiyabi

(büdcə hesabına)

3305.05

Mühəndis-kommunikasiya sistemləri

1

1

3308.01

Ətraf mühitin texnologiyası və mühəndisliyi

1

1

5406.01

Hidrologiya

1

1

Yekun

3

3

 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər 5 aprel 2022-ci il tarixindən başlayaraq 5 may 2022-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin   https://portal.edu.az/ saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qəbul qaydaları haqqında məlumatı “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Doktorantura şöbəsindən almaq olar.

Ünvan: AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73

Telefon: (+99412) 430-08-25/35 (daxili 2503, 2743)

E-mail: Pervane.Xidirova@azersu.az