logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 28-02-2022 11:37

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 28 fevral 2022-ci il tarixindən qəza aradan qaldırılanadək Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.