logo

Hacıqabul və Qaradağ rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 07-02-2022 15:31

Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədar 07 fevral 2022-ci il tarixində axşam saatlarından başlayaraq 08 fevral 2022-ci il tarixində gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.