logo

“Azərsu” ASC 1 milyon 682 min abonentə xidmət göstərir


Yaradılıb: 03-02-2022 15:07

  2021-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,6 faiz artıb. 01 yanvar 2022-ci il tarixinə ölkə üzrə 1 milyon 682 min abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 617 mini və ya 96,1 faizi əhali, 65 mini və ya 3,9 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 4,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı 4,9 faiz artıb.

İl ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

01 yanvar 2022-ci il tarixinə “Azərsu” ASC abonentlərinin 87,7 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 87,4 faiz, qeyri əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.