logo

Suraxanı rayonu Atamoğlan Rzayev küçəsində tullantı su layihəsi həyata keçirilir


Yaradılıb: 13-12-2021 15:59

     

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  Bakı şəhəri Suraxanı rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Rayonun Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində yaradılan infrastruktur tullantı suların ekoloji tələblərə uyğun  idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq. 

Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əhali tərəfindən fərdi qaydada çəkilmiş xətlər vasitəsilə kənarlaşdırılıb. Primitiv xətlər tikinti normalarına cavab vermədiyindən tullantı sularının idarə olunmasında problemlər yaranırdı. Xüsusilə intensiv yağıntılar zamanı vəziyyət daha da çətinləşirdi. Atamoğlan Rzayev küçəsi çökək ərazidə yerləşdiyindən yağıntılar zamanı tez-tez subasma halları baş verirdi.

Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və yeni infrastrukurun qurulmasına başlanılıb. Layihəyə əsasən müxtəlif diametrli borularla 1,3 km  uzunluğunda tullantı su xətləri inşa edilir.  Yeni yaradılan şəbəkədən 1000-dək ünvana birləmə veriləcək. Eyni zamanda yeni şəbəkə yaxınlıqdan keçən 500 mm diametrli mövcud kollektora birləşdiriləcək.

Tullantı sularının optimal idarə edilməsi məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.