logo

"Azərsu” ASC-nin əməkdaşı Məzdək Eyvazlının şəhidlik zirvəsinə ucalmasının 1 ili tamam olur


Yaradılıb: 29-10-2021 19:15
"Azərsu” ASC-nin Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşı Eyvazlı Məzdək Əli oğlunun şəhidlik zirvəsinə ucalmasının 1 ili tamam olur. Eyvazlı Məzdək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə (ölümündən sonra) təltif edilib.
“Azərsu” ASC-nin kollektivi şəhid Məzdək Eyvazlının xatirəsini dərin hörmət və ehtiramla yad edir.