logo

"Azərsu” ASC-nin əməkdaşı Elvin Mikayılovun şəhidlik zirvəsinə ucalmasının 1 ili tamam olur.


Yaradılıb: 28-10-2021 11:45

"Azərsu” ASC-nin “Göyçay Sukanal” TSC-nin əməkdaşı Mikayılov Elvin Nizami oğlunun şəhidlik zirvəsinə ucalmasının 1 ili tamam olur. Elvin Mikayılov 26 oktyabr 2020-ci ildə Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

“Azərsu” ASC-nin kollektivi şəhid Elvin Mikayılovun xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!