logo

“Azərsu” ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib


Yaradılıb: 21-10-2021 17:36

       

20 oktyabr 2021-ci il tarixində “Azərsu” ASC yanında İctimai Şuranın (İŞ) iclası keçirilib. İclasın gündəliyində Şuranın davranış kodeksi və reqlamenti, həmçinin  məsələlər yer alıb. Ötən iclasda şura üzvlərinin irəli sürdüyü təkliflər yenidən müzakirə edilib, İctimai Şuranın etik davranış kodeksi və reqlamenti qəbul olunub.

Cari məsələlərdə şuranın loqosunun və blankının təsdiq olunması, daxil olan şikayət və ərizələrin elektron sisteminin yaradılması, ötən iclasda şuranın fəaliyyətinə dair irəli sürülən  təkliflərə əlavələrin edilməsi ilə yenidən  sistemləşdirilməsi, kargüzarlıqla əlaqədar işin təşkili, “Azərsu” ASC-nin kollegiya iclaslarında İŞ nümayəndəsinin iştirakının təmin edilməsi, müvafiq ictimai şuralarla və əlaqədar qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlıq memarondumunun imzalanması, şuranın fəaliyyətinin daha səmərəli təşkil olunması və digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İrəli sürülən təkliflər əsasında İctimai Şuranın fəaliyyət proqramının tərtib olunması qərara alınıb.

Fəaliyyət müddətində İctimai Şura üzvlərinə vətəndaşların, QHT-lərin və media nümayəndələrinin etdiyi müraciətlərlə əlaqədar “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən bütün məsələlərə operativ reaksiya verilib və aidiyyatı qurumlara yönləndirilib. Buna görə də “Azərsu” ASC-nin rəhbərliyinə və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına minnətdarlıq ifadə olunub.

Şuranın sədri Rauf Zeyni bundan sonra da İctimai Şura və “Azərsu” ASC-nin effektiv və faydalı əməkdaşlıq etməsi, şəffaflığın, ictimai nəzarətin və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.