logo

Yanvar-sentyabr aylarında “Azərsu” ASC abonentlərinin sayı artıb


Yaradılıb: 08-10-2021 15:07

2021-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 55709 və ya 3,5 faiz artıb. 01 oktyabr 2021-ci il tarixinə ölkə üzrə 1663320 abonent  su  və  kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. Abonentlərin 1598908-i və ya 96,1 faizini əhali, 64412-i və ya 3,9 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 53431 və ya 3,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 2278 və ya 3,7 faiz artıb.

9 ay ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

01 oktyabr 2021-ci il tarixinə “Azərsu” ASC abonentlərinin  86,9 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 86,7 faiz, qeyri əhali qrupu üzrə isə 94,4 faiz təşkil edir.