logo

“Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisəsi adını qazanıb


Yaradılıb: 09-09-2021 16:04

   

Onlayn İctimai Nəzarət Platformasının 2021-ci ilin iyun-avqust aylarını əhatə edən hesabatında “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisəsi adını qazanıb. Onlayn İctimai Nəzarət Platformasının fəaliyyətinin nəticələrinə həsr olunmuş tədbirdə layihənin icracı tərəfdaşı “MG Consulting” şirkətinn rəhbəri Məhəmməd Quluzadə qeyd edib ki, artıq bir çox dövlət müəssisələri və yerli icra hakimiyyəti orqanları bu platforma ilə uğurlu əməkdaşlıq edir: “Vətəndaşları narahat edən kommunal, yol və infrastruktur, abadlıq və digər məsələləri aidiyyatı hökumət qurumlarına yönləndirmək və onların həllinə daha rahat nail olmaq məqsədi ilə yaradılmış Nəzarət Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə “MG Consulting” MMC tərəfindən icra olunan, Açıq Hökumət Milli Platforması ilə əməkdaşıq çərçivəsində həyata keçirilən bir plot layihədir. Dünyanın 40-dan çox ölkəsi bu təcrübədən istifadə edir. İctimai Nəzarət Platforması vasitəsilə vətəndaşların ünvanladığı müraciət və şikayətlərin 60 faizi müsbət həllini tapıb. “Azərsu” ASC üzrə isə müraciətlərin 100 faizi müsbət həll olunub”. 

Tədbirdə Onlayn İctimai Nəzarət Platforması ilə uğurlu əməkdaşlıq edən 13 dövlət müəssisəsi və yerli icra hakimiyyəti orqanı mükafatlandırılıb. “Azərsu” ASC vərəndaşların müraciətlərini operativ şəkildə həll edən ən fəal dövlət müəssisəsi mükafatına layiq görülüb. 

Qeyd edək ki, vətəndaşlar Onlayn İctimai Nəzarət Platformasına WhatsApp və internet saytı (www.enezaret.az) vasitəsi ilə müraciət edə bilir.