logo

Modul tipli sutəmizləyici qurğuların operatorları üçün təlimlər keçirilib


Yaradılıb: 25-08-2021 14:59

   

Modul tipli sutəmizləyici qurğularda çalışan işçilərin bilik və təcrübələrinin artırılması məqsdilə nəzəri və praktiki təlimlər keçirilib. Modul tipli içməli sutəmizləyici qurğuların istismarı və suyun keyfiyyəti” mövzusunda təşkil olunmuş təlimlərdə regional sukanal idarələrinin modul sutəmizləyici qurğularda çalışan 455 operatoru iştirak edib.

Təlim müddətində operatorlara qurğuların istismarı və ehtimalı mümkün problemlərin həlli məsələləri ətraflı izah edilib. Eyni zamanda iştirakçılar suyun zərərsizləşdirmə prosesləri, fiziki-kimyəvi və bakterioloji analizləri, norma və standartları barədə biliklərini artırıblar.    

   

Modul tipli içməli sutəmizləyici qurğuların operatorları praktiki təlimə də cəlb olunub. Təlim iştirakçılarına modul qurğular və onların istismarı,   yerində nümunə götürmə qaydası, nümunə nöqtələri barədə ətraflı məlumat verilib, təcrübi analizlər aparılıb.

Təlimlər görülən işləri yüksək peşəkarlıqla icra etmək, qarşıya qoyulmuş tapşırıqları vaxtında, dəqiq və tələb olunan səviyyədə həyata keçirmək baxımından mühüm əhəmiyyət daşıyır.