logo

Mütəxəssislərin bilik və təcrübələrinin artırılması məqsədilə təlimlər keçirilib


Yaradılıb: 17-08-2021 13:54

   

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə yeni içməli su təchizatı və tullantı su  infrastrukturları yaradılır. Həyata keçirilən layihələrin tərkib hissəsi olaraq müasir tipli qurğular istismara verilir.

 Yeni qurğuların faydalı istismarını təmin etmək, avadanlıq və cihazlara texniki qulluq və xidməti vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə Tovuz və Ağstafa rayonlarında mütəxəssislər üçün təlimlər keçirilib. Təlimlərdə Tovuz və Ağstafa Sukanal sahələrinin tullantı sutəmizləyici qurğular üzrə 33 mütəxəssisi iştirak edib. Təlim iştirakçıları təmizləyici qurğularda texnoloji proseslər, təmizlənmiş suyun standartlara uyğunluğu, avtomatika sistemlərinin düzgün idarə olunması, enerji istifadəsinin optimallaşdırılması və s. məsələlərlə bağlı nəzəri və təcrübi biliklər əldə ediblər.

Energetika təsərrüfatında baş verə biləcək qəzaların vaxtında və operativ aradan qaldırılması məqsədilə daha bir təlim keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində “Kabellərin quraşdırılması və təmiri” mövzusunda təşkil olunmuş təlimdə regional sukanal idarələrinin energetik və elektrik avadanlıqlarının təmiri üzrə 22 mütəxəssis iştirak edib.