logo

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib


Yaradılıb: 04-08-2021 17:12

     

          “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib. Milli QHT Forumunun prezidenti Rauf  Zeyni  İctimai Şuraya sədr, “Ekoloji Maarifçilik və Monitorinq” İB sədri Qəmzə Yusubova, Əlil Sahibkarlar Təşkilatı İB sədri  Mirzə Məmmədvəliyev və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB-nin sədri Tələt Qəribov müavinlər, “Beynəlxalq Hidroloji Proqram” İB-nin üzvü Aytən İmanova isə katib seçilib.

   

Seçkilərdən sonra İctimai Şuranın üzvləri ilə görüşən “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb. Şuranın “Azərsu” ASC ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən Köçərli Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək.  Eyni zamanda İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyatı üzrə qərarlar qəbul olunacaq.

   

Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şurada 11 nəfər təmsil olunur.

Abbasov Rövşən Xanış oğlu                               “Sağlam Həyata Doğru” Ekoloji İB

Cəfərova Mətanət Əsgər qızı                             “Əsgər Ailələrinə Dəstək” İB   

Hüseynov  Eyyub Mahmud oğlu                        “Azad İstehlakçılar” İB    

İbrahimli Qorxmaz Əbülfəz oğlu                        “Biosfer” İB

İmanova Aytən Rüfət qızı                                   “Beynəlxalq Hidroloji Proqram” İB

Qəribov Tələt Yusif oğlu                                     “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB

Mikayılova Xədicə Hacı qızı                                “Azərbaycan Əlillər Cəmiyyəti” İB

Şahverdiyev Cavid Nadir oğlu                            “Azərbaycan Demokratik İslahatların İnkişafı  Mərkəzi” İB

Vəliyev Mirzə Məmməd Ağamurad oğlu           Əlil Sahibkarlar Təşkilatı İB

Yusubova Qəmzə Xanlar qızı                            “Ekoloji Maarifçilik və Monitorinq” İB

Zeyni Rauf Xurşud oğlu                                      Milli QHT Forumu