logo

"Su sərvətdir! Qənaət etməyi öyrənək" layihəsi yekunlaşıb


Yaradılıb: 02-08-2021 17:43

   

Azərbaycan Respublikası Gənclər Fondunun, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Su Sərvətdir! Qənaət etməyi öyrənək”  layihəsi yekunlaşıb. Layihə gənc tədqiqatçıların su təsərrüfatı sahəsində təcrübi biliklərinin artırılması və gələcəkdə su təchizatı sahəsində innovativ işlərin görülməsinə dəstək məqsədilə həyata keçirilib. Layihə gənclərə sudan səmərəli istifadəni aşılamaq, onların su haqqındakı elmi biliklərinin artırılmasına töhvə vermək, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarət olub.

   

Layihənin rəhbəri, “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat İnstitutunun Doktorantura şöbəsinin metodisti Pərvanə Xıdırova bildirib ki, layihə çərçivəsində iştirakçılar Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində, Mərkəzi Laboratoriyada, Hövsan Aerasiya Stansiyasında olub, bu sahədə qabaqcıl təcrübəni öyrəniblər. 3 günlük təlim proqramı çərçivəsində iştirakçılar su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tullantı sutəmizləyici qurğular kompleksi mövzularında nəzəri və təcrübi biliklərə yiyələniblər.

Layihə ilə bağlı hesabat, videoçarx  hazırlanıb və nümayiş etdirilib. Layihə çərçivəsində gənclər arasında keçirilən “STARTAP” müsabiqəsinin qalib komandası və məqalə müəllifi diplom və hədiyyələrlə mükafatlandırılıblar.