logo

Kürdəmir şəhərinə və rayonun bəzi kəndlərinə içməli suyun verilməsində məhdudiyyət yaranıb


Yaradılıb: 07-06-2021 18:26

Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar  Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.